...

Türkdilli ölkələrin rəssamlarının sərgisi açılıb

Dünya xəbərləri Materials 16 İyul 2008 23:07 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 16 iyul / Trend , müxbir R. Məşədihəsənli/  Türkiyənin Burdur valiliyi tərəfindən təşkil olunan sərgidə TÜRKSOY-a daxil olan ölkə rəssamlarının 35 əsəri nümayiş etdirilir.

Sərginin açılışında çıxış edən Burdur rayonunun valisi İbrahim Özçimen və Bələdiyyə başçısı Sebahattin Akkaya və TÜRKSOY-un məsulu Kürşat Sarıarslan qeyd ediblər ki, TÜRKSOY-un 1993-cü ildə Qazaxıstanın Almatı şəhərində türk respublikalarının imzaladığı anlaşma çərçivəsində təşkil edilən sərfi türkdilli xalqlarımızın bir-birinə daha da yaxınlaşması və əlaqələrini gücləndirməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu barədə Trend -ə məlumat verən Özbəkistanın Beynəlxalq їALTIN MİRASї Fondunun prezidenti Süleyman Mərdanoğlu sərginin dörd gün sürəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti