...

Suxumi və Moskva Berlin görüşünün baş tutmaması üçün zəmin yaradıblar - Temur Yakobaşvili

Dünya xəbərləri Materials 4 Avqust 2008 11:14 (UTC +04:00)
Suxumi və Moskva Berlin görüşünün baş tutmaması üçün zəmin yaradıblar - Temur Yakobaşvili

Gürcüstan, Tbilisi, 04 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Suxumi və Moskva Berlin görüşündə iştirak etməkdən imtina etmək üçün özləri zəmin yaratdılar. Bu barədə Gürcüstanın reinteqrasiya məsələləri üzrə Dövlət naziri Temur Yakobaşvili bildirib.

"Onlar Suxumidə müxtəlif bəhanələrlə Berlin görüşündə iştirakdan imtina etməyə cəhd göstərdilər və bunun üçün Cənubi Osetiya münaqişə zonasındakı vəziyyətin gərginləşməsindən istifadə etmək qərarına gəldilər", - deyə o qeyd edib.

Yakobaşvilinin bildirdiyinə görə, çox ehtimal ki, "Rusiya və Abxaziya tərəfi Tsxinvali regionunda gərginlik yaratmağın daha asan olduğunu nəzərə alaraq, buradakı qurbanlar hesabına Berlin görüşündən imtina etmək qərarına gəliblər".

Bazar günü keçirilən Təhlükəsizlik Şurasının iclası zamanı Abxaziya separatçılarının lideri Sergey Baqapş Cənubi Osetiya hadisələri səbəbindən Suxuminin Berlin görüşündə iştirakdan imtina etdiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti