Gürcüstan, Tbilisi, 08 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiya təyyarələrinin Variani kəndini bombardmana məruz qoyması nəticəsində kənddə yeddi nəfər yaralanıb. Bu barədə Tbilisidə keçirilən brifinqdə Gürcüstan daxili işlər nazirinin müavini Yekaterina Zquladze məlumat verib.
O vurğulayıb ki, Rusiya təyyarələri cümə günü Gürcüstan ərazisinə iki dəfə daxil olaraq Qori və Kareli şəhərlərini, həmçinin Variani kəndini bombalayıb.
"Belə hücumlar bizdə ciddi narahatlıq doğurur", - o söyləyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]