...

Rusiya aviasiyası bütün gecə Gürcüstanın dinc şəhər və kəndlərini bombalayıb

Dünya xəbərləri Materials 11 Avqust 2008 11:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Bütün gecə ərzində Rusiya aviasiyası Gürcüstanın dinc şəhər və kəndlərini bombalayıb. Gürcüstan DİN-dən verilən məlumata görə, Tbilisidə şəhərin mərkəzi rayonunda yerləşən Maxata dağına bomba atılıb.

Xoşbəxtlikdən sıx məskunlaşmış rayonda heç kim zərər çəkməyib. Burada yerləşən mərkəzi radiolokasiya sisteminə də ziyan dəyməyib.

Tibilisi ətrafı Patara Lilo qəsəbəsinə də bir neçə bomba atılıb. Bombalar yaşayış olmayan yerlərə düşdüyündən dağıntı və tələfat yoxdur.

Rusiyanın hərbi təyyarələri Acarıstana - Xelvaçauri, Şarabidze və Maxvilauri kəndlərinə də üç bomba atıblar. Bir neçə ev dağılıb, avtomaşınlar sıradan çıxıb. Tələfat yoxdur.

Gecə saatlarında Senaki hərbi bazası və şəhərin özü bomba zərbələrinə məruz qalıb. Tələfat baradə məlumat yoxdur.

Qanmuxuri kəndindəki (Zuqdidski rayonu) vətənpərvərlərin düşərgəsi ətrafına da bomba atılıb. Həmin ərazidə uşaqlar evakuasiya ediliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti