Gürcüstan, Tbilisi, 11 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Rusiya aviasiyası bütün gecə Kodor dərəsini bombalayıb. Bu barədə Abxaziyanın media mərkəzindən məlumat veriblər.
Kəndi səkkiz hərbi təyyarə bombalayıb. Omarişara, Qentsvişi, Qvalqva, Ajara kəndləri bomba zərbələrinə məruz qalıb. Tələfat barədə məlumat yoxdur.
Dünən dərəyə hücum zamanı rus və abxaz qruplaşmaları tərəfindən beş gürcü polisi yaralanıb. Onlar Zuqdidi xəstəxanasına yerləşdiriliblər və hazırda yaralılara tibbi yardım göstərilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]