...

Gürcü hərbçiləri gürcü-osetin münaqişə zonasının cənub girişlərinə nəzarət edirlər - DİN

Dünya xəbərləri Materials 11 Avqust 2008 14:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 avqust / Trend , N.Kirtsxaliya/ Gürcü hərbi birləşmələri gürcü-osetin münaqişə zonasının cənub girişlərinə nəzarət edirlər. Bu barədə bu gün brifinqdə Gürcüstan DİN-nin Analiz və İnformasiya Departamentinin rəhbəri Şota Utiaşvili deyib.

"Biz bütün gürcü kəndlərinə və Sxinvalinin mərkəzi yoluna nəzarət edirik. Gecə ordumuz Rusiya artilleriyası və aviasiyasının şiddətli hücumuna məruz qalıb. İtki yoxdur və mövqelərmizi itirməmişik", - o deyib.

Utiaşvili qeyd edib ki, Gürcüstana gedən bütün yollar açıqdır. Hərəkət sərbəstdir və yola patrul polisi nəzarət edir.

Xəbər lenti

Xəbər lenti