Gürcüstan, Tbilisi, 12 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Sabahdan Gürcüstan üçgünlük matəm elan edir. Gürcüstan prezidenti Müqəddəs Troitsa məbədində ibadət zamanı bəyan edib ki, matəm üç gün davam edəcək. Rusiyanın təcavüzünəticəsində həlak olan dinc sakinlər və hərbçilərin xatirəsinə dair matəm elan edilib.
Matəm günlərində Gürcüstanın dövlət bayraqlarına qara lentlər bağlanacaq. Çərşənbə axşamı Bütün Gürcüstanın Katolikos-Patriarxı İkinci İliya qeyri - bərabər mübarizədə həlak olanların ruhuna ibadət edib.