...

Rusiyanın təcavüzü regional layihələrə qarşı yönəlmişdi – Mixail Saakaşvili

Dünya xəbərləri Materials 14 Avqust 2008 19:59 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti hesab edir ki, Rusiyanın Gürcüstana təcavüzü həm də regional layihələrə qarşı yönəlmişdi. Gürcüstan prezidenti cümə axşamı Türkiyənin Baş naziri ilə birgə brifinqdə bəyan edib ki, bu barədə Rusiya aviasiyasının məqsədyönlü şəkildə Gürcüstandan keçən neft kəmərlərini bombalamasına əsasən fikir yürütmək olar.

"Bombaların böyük hissəsinin dinc əhali və iqtisadi obyektlər, o cümlədən də BTC neft kəmərinə atılması faktı yalnız Abxaziya və Cənubi Osetiya və onların maraqları ilə bağlı olmayan aksiya olub", - o bəyan edib.

Saakaşvilinin sözlərinə görə, bu neft kəməri hərbi yük daşımır. "Deməli, məqsəd başqa olub. Bu neft kəmərlərinə hücum olub", - Saakaşvili söyləyib.

Gürcüstan prezidenti vurğulayıb ki, təcavüz olarsa, belə iri regional layihələrin təhlükəsizliyini təmin edəcək təhlükəsizlik sistemi lazımdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti