Gürcüstan, Tbilisi, 18 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Avropa parlamenti üzvləri - Elmar Brok və Otmar Karasın Gürcüstana səfəri avqustun 19- da başlayacaq. Gürcüstan parlamentindən bildiriblər ki, Avropa parlamentinin üzvləri ölkədə iki gün olacaqlar.
Avqustun 19 - da nümayəndə heyətinin avrointeqrasiya üzrə parlament komitəsinin sədri David Darçiaşvili ilə görüşü keçiriləcək. Bundan sonra qonaqlar Gürcüstan parlamentinin sədri David Bakradze ilə görüşəcəklər.
Brok və Karas Qori şəhərinə baş çəkməyi də planlaşdırırlar.
Bundan sonra Avropa parlamenti üzvləri Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşəcəklər.