...

Gürcüstanla yaxşı əlaqələr saxlamaq üçün əsaslarımız var - İranın XİN başçısı

Dünya xəbərləri Materials 18 Sentyabr 2008 00:23 (UTC +04:00)
Gürcüstanla yaxşı əlaqələr saxlamaq üçün əsaslarımız var - İranın XİN başçısı

Gürcüstan, Tbilisi, 17 sentyabr / Trend müxbir N.Kirtsxalia/ İran tərəflərə yaranmış durumdan çıxış yolları ilə bağlı öz təkliflərini təqdim etmək niyyətindədir. Bunu sentyabrın 17-də Gürcüstan paytaxtında jurnalistlərin suallarını cavablandıran İranın XİN başçısı Manuçar Mottaki deyib.

"Biz bu münaqişəyə (Gürcüstan-Rusiya münaqişəsi-red.) qoşulmaq və orada vasitəçi qismində çıxış etmək niyyətində deyilik. Biz sadəcə vəzifəmizi problemin nizamlanmasının bütün variantlarını nəzərdən keçirilməsində görürük və bu işə öz töhfəmizi veririk", - deyə o bildirib.

"Müəyyən mənada tərəflərə təkliflərimizin təqdim edilməsi və bu halda əməkdaşlıq bizə imkan verəcək ki, bu böhrandan çıxaq", - deyə Mottaki vurğulayıb.

İran XİN başçısı qeyd edib ki, İran üçün Şimal-Cənub marşrutu ilə enerji dəhlizləri xüsusi önəm kəsb edir, istər Qafqaz daxilində, istər də onun sərhədləri xaricində. Mottaki əlavə edib ki, bu məsələ onun prezident Saakaşvili və Gürcüstan XİN başçısı ilə keçirdiyy görüşlərdə müzakirə mövzusu olub. "Biz həmçinin iqtisadi və enerji məsələlərini nəzərdən keçirmişik", - deyə o bildirib.

"Bizim Gürcüstanla yaxşı əlaqələr saxlamağımız üçün əsaslarımız var", - deyə Mottaki əlavə edib.

Xəbər lenti

Xəbər lenti