...

Tehran yeni qətnamənin qəbulundan sonra "altılıq"la münasibətlərə yenidən baxa bilər - İran parlamentinin spikeri

Dünya xəbərləri Materials 28 Sentyabr 2008 13:33 (UTC +04:00)
Tehran yeni qətnamənin qəbulundan sonra "altılıq"la münasibətlərə yenidən baxa bilər - İran parlamentinin spikeri

Tehran BMT Təhlükəsizlik Şurasının İranla bağlı yeni qətnaməsindən sonra "altılıq"la danışıqlara yeni yanaşma sərgiləyə bilər. Bunu bazar gün İran parlamentinin spikeri Əli Laricani bəyan edib.

BMT Təhlükəsizlik Şurası şənbə günü yekdilliklə İranla bağlı yeni qətnaməni qəbul edib. Həmin sənəd özündə yeni sanksiyaları əks etdirməsə də, BMT TŞ-nin əvvəlki qərarlarını qüvvədə saxlayır və Tehranı nüvə proqramı ilə bağlı tələbləri yerinə yetirməyə çağırır.

"MAQATE-nin bu günlərdə sərgilədiyi mövqe və İrana qarşı yönəlik növbəti məntiqsiz qətnamənin qəbulunda "altılığın" nümayiş etdiyrdiyi məkrli yanaşma hamıya göstərdi ki, amerikalı siyasətçilərin bəyanatlarına rəğmən İranın nüvə problemi siyasi xarakterlidir və onun hüquqi əsası yoxdur ", - deyə Laricani deyib.

İran parlamentinin spikeri həmçinin qeyd edib ki, bu cür addımlar danışıqlar prosesinin rolunu azaldır: "İstisna deyil ki, bu siyasi əyləncə ilə bağlı digər qərarlar qəbul etmək gərək olacaq".

Qətnamə layhəsi bir gün öncə Rusiyanın təşəbbüsü ilə "altılıq" ölkələri (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Almaniya) tərəfindən gündəliyə daxil edilib. TŞ-nin öncə qəbul etdiyi qətnamələri Tehrandan uranın zənginləşdirilməsinə son qoymayı və raket proqramını ixtisara salmağı tələb edir. Rusiyanın təkidi ilə yeni qətnamədə İrana qarşı yeni sanksiyalar yer almayıb. (RİA Novosti)

Xəbər lenti

Xəbər lenti