...

Tacikistanın paytaxtında keçirilən Beynəlxalq kinofestival başa çatıb

Dünya xəbərləri Materials 17 Oktyabr 2008 20:57 (UTC +04:00)

Qırğızıstan, Bişkək, 17 oktyabr/ Trend , müxbir R.Məşədihəsənli/ Tacikistanın paytaxtında "Didori-Düşənbə" ikinci Beynəlxalq kinofestival başa çatıb.

Bu barədə Trend -un müxbirinə qırğız kinoşünas Gülbara Tolomuşeva məlumat verib.

Onun sözlərinə görə, "Didori-Düşənbə" kinofestivalında Temir Birnazarovun "Naməlum marşrut" qırğız filmi Qran-Pri alıb.

Bu il Düşənbədə tammetrajlı oyun filmlərinin müsabiqəsi çpox maraqlı olub: İrandan gözəl lentlər olub - "Gecə avtobusu", Monqolustandan - "Kommunist Monqolustana xidmət edirik, Qazaxıstandan - "Cənub dənizlərinin mahnısı", Gürcüstandan - "Svanlar" və digərləri.

Jürinin sədri məşhur tacik bəstəkarı Tolib Şohidi olub. Jürinin tərkibinə Fransanın Nant şəhərində üç qitənin festivalının art-direktoru Filip Jalladu, İsveçrədən ekspert Frans Frey, iranlı kinotənqidçi Hüşəng Gülməkoni, əfqan rejisor Röya Sadat daxil olub.

Xəbər lenti

Xəbər lenti