Əfqanıstan, Kabil, 18 oktyabr/ Trend , müxbir A.Həkimi/ Baqlan əyalətinin Anderab dairəsində on nəfər silahlı qiyamçı Əfqanıstan hökumətinin tərəfinə keçib.
Baqlan əyalətinin polis rəisi Səid Xəlil bildrib ki, bu on qiyamçı əvvəllər Taliban hərəkatının rəhbərlərindən biri olan Molla Dad Xanın tərəfdarı olub.
Üsyançılar yerli yüksək vəzifəli şəxslər və qəbilə ağsaqqallarının vasitəçiliyi ilə hökumətin tərəfinə keçiblər.
"Biz uzun müddət komandiri hökumətə qoşulmağa sövq etməyə səy göstərmişik. İmtina edəcəyi təqdirdə, biz onu həbs edəcəkdik", - deyə Səid Xəlil bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend