Torilər üçün  "pul dotatsiyalarının verilməsi" ilə bağlı qalmaqal hakim partiyaya təsir etməyəcək

Azərbaycan, Bakı, 24 oktyabr/ Trend , müxbir E.Tariverdiyeva, Y.Ostapenko/ Dövlət naziri Piter Mandelsonun bu işdə adı çəkilsə də, Böyük Britaniyanın Mühafizəkarlar Partiyası üçün rusiyalı milyarder Oleq Deripaskadan guya pul dotatsiyalarının verilməsi ilə bağlı yaranan qalmaqal leyboristlərə təsir etməyəcək.

Böyük Britaniyanın Baş naziri ötən həftənin əvvəlində kölgə kabinetin maliyyə naziri Corc Osbornun öz partiyasının ehtiyaclarına 50 000 funt sterlinq ianə verməsi xahişi ilə guya rusiyalı milyarder Oleq Deripaskaya müraciət etməsinin təhqiq edilməsini tələb edib. Britaniya KİV-in məlumatına görə, Osbornun Deripaska ilə görüşündə hakim partiyanın əmək işləri üzrə dövlət naziri təyin edilən Piter Mandelson da iştirak edib.

"Bu, leyboristlərdən çox mühafizəkarlara təsir edəcək: Osborn onların  öz partiyası üçün dotasiyalar istəməkdə ittiham edilən kölgə iqtisadiyyatı naziri olarkən, bu yığıncaqlarda iştirak etmiş Mendelson heç bir pis şeydə ittiham edilmir və o, həmin vaxt hökumətdə olmayıb", - Britaniya siyasəti üzrə ekspert professor Stiven Fildinq (Steven Fielding) hesab edir.

Qalmaqal ötən həftə Times qəzeti Mendelsonun dostu və Deripaskanın işgüzar tərəfdaşı, iş adamı Nataniel Rotşildin məktublarını dərc etdikdən sonra yaranıb. Məktublarda bildirilirdi ki, torilərin kölgə kabinetinin kansleri Osborn Deripaskadan Mühafizəkarlar Partyasının xeyrinə ianə verməyi xahiş edib. Bu danışıqda partiya üçün vəsaitlərin yığılmasına cavabdeh Endrü Feldman da iştirak edib.

Bu xahiş Britaniya qanunlarının pozulması və maraqların münaqişəsidir, - ekspertlər hesab edirlər.

"İş ondadır ki, Aİ-nin ticarət üzrə komissarı Mandelson Aİ- nin alüminium xammalının idxalına tətbiq etdiyi tariflərin azaldılması üzrə planı irəli çəkib, - Times yazır. - Avropa Şurasında keçirilmiş ötənilki səsvermədən sonra tarif 6%-dən 3%-dək azaldıldı. Deripaska Rusiyanın alüminium maqnatıdır. O, alüminiumun aparıcı dünya istehsalçısı və ixracatçısı "Rusal" şirkətinin sahibidir.

Britaniya qanunlarına əsasən, əcnəbilərin partiyanın xeyrinə ianə vermək hüququ yoxdur.

Mühafizəkarlarsa bəyan ediblər ki, Rotşildin məktubu "tamamilə yalandır" və Braunun təhqiqata başlamaq xahişini "qalmaqalın səngiməsinə yol verməmək üçün edilən ümidsiz cəhd" adlandırıblar. Deripaskanın ətrafındakı mənbə "İnterfaks"a bildirib ki, iş adamı heç vaxt Böyük Britaniyadakı hansısa siyasi partiyanı maliyyələşdirməyib və belə niyyəti olmayıb.

Analitiklərin rəyinə görə, ianə xahişilə bağlı qalmaqal yalnız Britaniyanın Mühafizəkarlar Partiyasının nüfuzuna təsir edəcək.

Fildinqin rəyinə görə, ianələr ətrafında qalmaqalla bağlı epizod mühafizəkarların leyboristlərdən daha təmiz olmaları bəyanatlarını sarsıdır. "Kölgə kabinetin" iqtisadiyyat naziri bu hadisədə hədsiz varlı insanlardan pul almağa çalışan şəxs kimi təsvir olunub, - ekspert hesab edir.

"Bu, insanları düşünməyə vadar edir ki, mühafizəkarlar hakimiyyətə gələndə,ola bilsin, yalnız çox varlıların, milyarderlərin maraqlarını təmsil edəcəklər", - Britaniyanın Nottingem Universitetinin Britaniya Siyasəti Mərkəzinin direktoru Fildinq elektron poçtla Trend -a bildirib. Onun sözlərinə görə, mühafizəkarlar özlərini sadə insanlarla, onların həyatları və çətinlikləri ilə daha çox maraqlanan partiya kimi göstərməyə çalışırdılar.

İnsanlar iqtisadiyyatı belə işlər görən şəxsə etibar etməyəcəklər, - Fildinq bildirib.

Bu, əlbəttə, Corc Osbornun nüfuzuna zərər vuracaq və mühafizəkarlar partiyasının imicinə yaxşı heç bir şey gətirməyəcək, - britaniyalı politoloq Rodni Barker (Rodney Barker) hesab edir. "Böhran yarananadək, Devid Kemeronun liderlik etdiyi Mühafizəkarlar Partiyası özünün müxalifət rolunu yaxşı oynayırdı və bu, hökumətin fəaliyyəti ilə müqayisədə, daha əhəmiyyətli, daha aydın idi", - Böyük Britaniya hökumətinin öyrənilməsi üzrə London School of Economics and Political Science-in rəhbəri Barker elektron poçtla Trend - a bildirib.

Böhran başlayandan, mühafizəkarlar öz fəallıqlarını azaltmağa məcbur olmuşdular. Belə ki, milli təhdid vaxtlarında müxalifət çox ehtiyatlı olmalıdır, - ekspert hesab edir. Onun rəyinə görə, bu qalmaqal, ictimai rəy sorğusunda hələ də liderlik edən mühafizəkarlara güclü zərbə vuracaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Loading Bars
Xəbər lenti
Aslan Aslanov: Türk dünyasının birliyinin və güclənməsinin əhəmiyyətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ illər öncə təkrar-təkrar vurğulayıb (FOTO)
Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 315 nəfər COVID-19-a yoluxub, 22 nəfər vəfat edib
İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb (FOTO)
Qədim Nuh yurdu Naxçıvana nə üçün getməli? - REPORTAJ
Azərbaycan XİN Macarıstanı təbrik edib
Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələnib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə Zəngilana səfərindən görüntü paylaşıb (VİDEO)
Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov
Bərdə sakinlərindən “patı” və heroin götürülüb (FOTO)
Covid-19 pasportunu saxta yollarla əldə edən və onu satan şəxslər saxlanılıb (VİDEO)
Ekvadorda yüngül atlet güllələnib
İranda koronavirusdan ölənlərin sayı 125 min nəfəri keçib
Canəli Əkbərov hər zaman muğam sənətini yüksək səviyyədə təmsil edib - Polad Bülbüloğlu
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib
Bakıda restorana gedən koronavirus xəstəsi saxlanıldı
Şəkidə qənnadı istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
“Naxçıvan şəhidləri” kitabının təqdimatı olub (FOTO/VİDEO)
Xızı və Şabranda COVİD-19-a qarşı tədbirlər gücləndirilib (FOTO)
Şəhid Əliyev İbrahimin doğum günü məzarı önündə qeyd olunub (FOTO)
İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər saxlanılıb (FOTO)
Hazırda tədavüldə olan milli valyutanın nominal strukturu beynəlxalq təcrübəyə tam uyğundur - Mərkəzi Bank
Xəzər dənizində mina aşkarlanıb (FOTO/VİDEO)
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada koronavirusdan ölənlərin sayı 230 minə çatır
Ötən gün toylarda 13 nəfər cərimələnib (FOTO/VİDEO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Ərini boğaraq öldürən qadının məhkəməsi başlayır
Bakıda 27 yaşlı qadın itkin düşüb
Bazar günü hava necə olacaq?
Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib - Akar
Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb
Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir
Karantini pozan restoran dörd min manat cərimələndi
Müdafiə naziri Laçında keçirilən komanda-qərargah təlimini izləyib (FOTO/VİDEO)
ƏƏSMN vətəndaş müraciətlərinin sayını açıqlayıb
9 ayda ölkədə 57 partlayış olub, 9 nəfər ölüb
"YAŞAT" Fonduna daxil olan vəsaitlərin 43 faizdən çoxu şəhid və qazi ailələrinin məişət probleminə xərclənib
Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib
Bu il baş verən təbii hadisələrdə 2 nəfər ölüb
Bu il Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb
Qonaq getmək istəyən koronavirus xəstəsi yolda saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Hindistanda qar uçqununda 11 nəfər həlak olub
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı
Meksika Milli Tarix və Coğrafiya Akademiyasında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr edilmiş təqdimat olub (FOTO)
Bakı Kitab Mərkəzində "Xayku Xəzərin dalğalarında" respublika müsabiqəsinə yekun vurulub (FOTO)
Tayvanda 5,3 bal gücündə zəlzələ baş verib
NASA gələn il Aya ilk uçuşu planlaşdırır
Tunisdə vaksinasiya pasportları tətbiq olunacaq
Facebook-un mümkün yeni adı məlum oldu
Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək "Əl-Tumama" stadionu açılıb
"Rik" tropik fırtınası Meksikanın Sakit okean sahillərində yaranıb
Türkiyədə son sutkada koronavirusdan 30 302 nəfər sağalıb
Pakistanın şimal-şərqində iğtişaşlar zamanı üç polis əməkdaşı ölüb
Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
Gəncə sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
44 günlük Vətən müharibəsinin xronikası: 23 oktyabr
"Apple" ardıcıl doqquz ildir ki, dünyanın ən qiymətli brendi olaraq qalır
Yaponiya öz "nüvə potensialını" bərpa edəcək
Xalq artisti Canəli Əkbərov vəfat edib
ABŞ-da Əfqanıstanlı qaçqınlara yardım üçün 976 milyon dollara qədər vəsait ayrılacaq
Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH
Türk Dünyası (turkic.world) layihəsi İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunub (FOTO)
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var? - RƏSMİ
DGK sədri "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır - Vüqar Rəhimzadə
Fransa məhkəməsi Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv etdi
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
Ağdam sakini bıçaqlanıb
Şərqşünaslıq İnstitutunun əməkdaşı Liviyada beynəlxalq konfransda çıxış edib (FOTO)
Azərbaycanda bankların cəmi aktivləri 34 milyard manatı ötüb
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib (FOTO)
Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub
Eldəniz Səlimovun ibtidai istintaqı tamamlanıb, cinayət işi məhkəməyə göndərilib
İsveçdə reper güllələnib
Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib (FOTO)
Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib (FOTO/VİDEO)
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 112 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Moskvada 20-yə yaxın aviareys təxirə salınıb
Oktyabrın 25-nə USD/AZN rəsmi məzənnəsi
Şirvanda "patı" satan şəxs saxlanılıb
Zəngəzur dəhlizi, Moskvada üçtərəfli İşçi Qrupun səkkizinci görüşü - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Şəhid, Vətən Müharibəsi qəhrəmanı polkovnik leytenant Qasımov Ramizin xatirə gecəsi keçirilib
Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub (FOTO)
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi (FOTO/VİDEO)
Emin Hacıyev MDB parlamentarilərinə Qarabağın bərpasından danışdı (FOTO)
Azərbaycan-İran sərhədinin azad olunan hissəsində aşkarlanan minaların sayı açıqlanıb (FOTO)
AzMİU-da koronavirusa qarşı təkrar dezinfeksiya işləri aparılıb (FOTO)
Saatlıda Nərimanov kəndi və məcburi köçkün qəsəbəsinin içməli su təchizatı yenilənib (FOTO)
“İnnovasiyalar Mərkəzi” əməkdaşlarının və startapçıların qazilərlə görüşü təşkil olunub (FOTO)
Havanın temperaturu aşağı enəcək, bəzi rayonlara qar yağacaq
Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görüldü
Dövlət qulluğunda 209 vakansiya üzrə müsahibələrin vaxtı müəyyənləşib
Bütün xəbərlər