...

Moskvada Azərbaycanın iqtisadi və regional inkişafı məsələləri müzakirə edilir

Dünya xəbərləri Materials 31 Oktyabr 2008 14:51 (UTC +04:00)

Rusiya, Moskva, 31 oktyabr/ Trend , müxbir R.Ağayev/ Cümə günü Moskvada keçiriləcək "Azərbaycan regional və geosiyası koordinatlar sistemində (2008-2013-cü illər)" beynəlxalq konfransı zamanı Azərbaycanın ümumiqtisadi və regional inkişafı müzakirə ediləcək. Konfrans Azərbaycan Respublikasının səfriliyi və MDU-nun post-sovet məkanının öyrənilməsi üzrə İnformasiya-Analitik Mərkəzi ilə birgə Rusiya Dövlət Humanitar Universiteti tərəfindən təşkil edilb.


Konfransın işində Rusiyanın aparıcı ekspert, politoloq, tarixçi və sosioloqlarının iştirakı nəzərdə tutulur. Konfransın əsas məruzəçisi Qərb Universitetinin (Azərbaycan) professoru Fikrət Sadıqovdur.
 

Konfrans zamanı üç əsas istiqamətin nəzərdən keçirilməsi planlaşdırılır: Azərbaycanın ümumiqtisadi və regional inkişafı, Regional Təhlükəsizlik Strategiyası, uzanmış münaqişələrin həlli perspektivləri, Azərbaycan sivilizasiyaların qovşağında.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti