...

Venesuela prezidenti Obamanın qələbəsindən sonra ABŞ-la danışıqlara gedəcəyini bildirib

Dünya xəbərləri Materials 3 Noyabr 2008 05:18 (UTC +04:00)
Venesuela prezidenti Obamanın qələbəsindən sonra ABŞ-la danışıqlara gedəcəyini bildirib

Venesuela prezidenti Huqo Çaves bildirib ki, Barak Obama ABŞ-da prezident seçkilərində qalib gələrsə, onunla danışıqlar aparmağa hazırdı, Assoşeyted Press xəbər verib.

Çavesin sözlərinə əsasən, Venesuela ilə ABŞ arasında münasibətlər, hazırda ən pis vəziyyətdədir, lakin bu münasibətlər Obamanın prezidentliyi dövründə yaxşılaşa bilər. 

RİA Novosti xəbər verir ki, Çaves deyib, "Mən Obama ilə bərabər və layiqli əsaslarla görüşməyə hazıram".

ABŞ-la Venesuela arasında münasibətlər sentyabrın 12-də, Huqo Çaves Birləşmiş Ştatların səfirini arzuolunmaz şəxs elan etdikdən sonra kəskin pisləşib. Çaves bildirib ki, bu addımı Boliviya hökumətinə dəstək məqsədi ilə atıb. Venesuela prezidenti rəsmi Vaşinqtonu Boliviya prezidenti Moralesi devirmək niyyətində olduğunu qeyd edərək, ABŞ-ı neft ixracını dayandıracağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti