Ukrayna, Kiyev, 19 noyabr/ Trend , müxbir Z.Novosvitski/ "Bizim Ukrayna - Xalq Özünümüdafiə" fraksiyasından (BU-XÖ) olan deputat Anatoli Matviyenko 2008 - ci il noyabrın 12-də qəbul olunan "Ukrayna Ali Radası sədrinin geri çağrılması haqqında" qərarın ləğv edilməsini təklif edir.
Arseni Yatsenyukun parlment sədri vəzifəsindən istefası ilə bağlı qəbul olunan qərarın ləğvi barədə müvafiq qətnamə layihəsi Ali Radanın saytında qeyd olunub.
Ali Rada noyabrın 12- də Yatsenyuku parlment rəhbəri vəzifəsindən azad edib. Regionlar Partiyası fraksiyasından 175, Yuliya Timoşenko Blokundan bir, "BU-XÖ" dən 10, Kommunist Partiyasından 27, Litvin Blokundan 20 deputat istefanı dəstəkləyiblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend