Əfqanıstan, Kabil, 25 noyabr/ Trend , müxbir A.Hakimi/ "Taliban" hərəkatının keçmiş nümayəndəsi, həkim Məhəmməd Hənif kimi tanınan Abdulhəq Həqiqi bildirib ki, o, əfqan xalqına xidmət etməyə hazırdır.
"Taliban"ın
keçmiş nümayəndəsinin sözlərinə
görə, "ölkədə təhlükəsizlik artarsa"
Əfqanıstan hökumətinə xidmət etməyə
hazırdır. Bununla yanaşı, o, xalqa xidmət etməsi
üçün kimin ölkədə təhlükəsizliyi
təmin etməli olduğunu xatırlatmayıb.
Hənif 2005-ci ildən 2007-ci ilin iyulunadək "Taliban"ın nümayəndəsi olub. Son günlər kütləvi infomasiya vasitələrində Əfqanıstan prezidenti Həmid Kərzayinin Hənifə hökumətdə vəzifə təklif etməsi barədə məlumatlar yayılıb. Lakin Hənif özü bu məlumatları təkzib edib.
Hənifin sözlərinə görə, o, Əfqanıstanda sabitlik bərqərar olduqdan sonra hökumətdə istənilən vəzifədə xidmət etməyə hazırdır. Hənif 2007-ci ildə həbs edilsə də, 20 ay Pul-e-Çarki həbsxanasında saxlanıldıqdan sonra azadlığa buraxılıb. O vaxtdan Hənif Cəlilabaddan cənubda, doğma Çapreharda sakit həyat sürüb.
Hənif Kərzayi hökumətində siyasi karyerasını davam etdirə biləcək yeganə şəxs deyil. "Taliban" hərəkatının əksər liderləri hazırda öz ailələrinin əhatəsində və tam təhlükəsizlik şəraitində yaşayırlar.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:[email protected]