İslam Konfransı Təşkilatı (İKT) Qəzzə hadisələrini müzakirə etmək məqsədilə, bu təşkilata üzv ölkələrin iclasını çağırıb. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.
İclas yanvarın 3 - də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək. İKT - yə üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində iclasın keçirilməsi qərarı Türkiyə xarici işlər naziri Əli Babacanın müvafiq təklifindən sonra verilib.