...

İsrailin Qəzzadakı BMT  obyektlərinə hücumları yolverilməzdir - baş katib

Dünya xəbərləri Materials 7 Yanvar 2009 01:29 (UTC +04:00)
İsrailin Qəzzadakı BMT  obyektlərinə hücumları yolverilməzdir - baş katib

İsrailin son 24 saat ərzində Qəzzadakı üç məktəbə hücumları "tamamilə yolverilməzdir və bir daha təkrar olunmamalıdır". Bunu BMT-nin baş katibi Pan Qi Mun deyib.

Onun sözlərinə görə, İsrail ordusu əvvəlcədən məktəblərin koordinatları haqqında məlumatlandırılıb və ona bu əməliyyatların BMT obyektləri üçün təhlükə törətməsi haqqında xəbərdarlıq edilib. Məlumatı dpa agentliyi yayıb.

Baş katib deyib: "Bütün səylərimizə rağmən bugünkü faciələrin baş verməsindən çox sarsıldlm. İsrail ordusunun qaçqınlar üçün sığınacaq olan BMT obyektlərinə təhlükə yaradan belə hücumları yolverilməzdir və bir daha təkrar olunmamalıdır".

Xəbər lenti

Xəbər lenti