...

Müalicədən qayıdan Gürcüstanın Baş naziri hökumətin iclasını keçirəcək

Dünya xəbərləri Materials 12 Yanvar 2009 13:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Yanvarın 11-də səhər Tbilisiyə qayıdan Gürcüstanın Baş naziri Qriqol Mqaloblişvili bu gün hökumətin iclasını keçirəcək. Baş nazirin mətbuat xidmətindən alınan məlumata görə, Mqaloblişvili özünü yaxşı hiss edir və bu gün səlahiyyətlərinin icrasına başlayır.  

Dekabrın 31-də Baş nazir yerli həkimlərin məsləhəti ilə kompleks tibbi müayinə üçün Almaniyaya yola düşmüşdü.

Hökumət Dəftərxanasının mətbuat xidmətindən verilən məlumata görə, tibbi müayinəyə ehtiyac Baş nazirdə müşayiət olunan reneal (böyrək) ağrılarından sonra yaranmışdır.

Bir sıra gürcü KİV-i belə məlumat yaymışdılar ki, Mqaloblişvili Gürcüstan prezidenti Mixail Saakaşvili tərəfindən döyüldükdən sonra müalicəyə getməyə məcbur olub. Rəsmi mənbələr isə bu məlumatı təkzib ediblər.

Bir müddət sonra Gürcüstan parlamentinin spikeri David Bakradze xəstəxanaya müraciət edərkən də, KİV-lər onun da prezident tərəfindən döyülməsini bildirmişdilər. Lakin Bakradzenin özü və həkimlər bəyan etdilər ki, o, xəstəxanaya böyrək daşı və təzyiq problemləri ilə bağlı müraciət edib.

Xəbər lenti

Xəbər lenti