...

Azərbaycan şəxsi enerji təhlükəsizliyinin təmin edilməsində maraqlıdır - prezident İlham Əliyev

Dünya xəbərləri Materials 29 Yanvar 2009 13:02 (UTC +04:00)
Azərbaycan şəxsi enerji təhlükəsizliyinin təmin edilməsində maraqlıdır - prezident İlham Əliyev

Azərbaycan, Bakı, 29 yanvar/ Trend , müxbir A.Bədəlova/ Azərbaycan neft və qaz istehsalçısıdır və beynəlxalq bazarlara çoxsaylı çıxışların köməyi ilə şəxsi enerji təhlükəsizliyinin təmin edilməsində maraqlıdır. Bu barədə cümə axşamı, Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun (ÜİF) sessiyasında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"Beş-altı il bundan öncə enerji təhlükəsizliyi məsələləri ümumiyyətlə müzakirə olunmurdu, bu gün isə  bu məsələ təkcə istehlakçılar üçün deyil, həm də istehsalçılar üçün problemə çevrilib. Hesab edirəm ki, neft hasil edən ölkələrin birləşdirilmiş gücü və eyni zamanda istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı anlaşma bizim hamımız üçün əla vəziyyət yaradır", - deyə İlham Əliyev bildirib.

OPEK-in dünya üzrə xammal qiymətlərinin stabillişdirilməsi məqsədi ilə neft hasilatının sutkada 2,2 mln. barel azaldılmasına dair dekabrdakı qərarını şərh edən prezident bildirib ki, "hər şey tələbat və istehsaldan asılı olacaq".

"Bu, öhdəliklərin necə yerinə yetiriləcəyindən asılı olacaq", - deyə İlham Əliyev bildirib.

Davos Forumu kimi tanınan Ümumdünya İqtisadi Forumu baş qərargahı Cenevrədə yerləşən iri beynəlxalq qeyri-hökumət təşkilatıdır. ÜİF-in əsas məqsədi dünya ictimaiyyətinə iqtisadi inkişaf və sosial tərəqqi məsələlərinin həllində yardım göstərmək vasitəsilə dünyanın qlobal vəziyyətinin yaxşılaşdırılmasına nail olmaqdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]  

Xəbər lenti

Xəbər lenti