...

ABŞ-dakı türk təşkilatları Barak Obamaya məktub göndəriblər

Dünya xəbərləri Materials 13 Fevral 2009 23:33 (UTC +04:00)

Birləşmiş Ştatlardakı 53 türk təşkilatı ABŞ prezidenti Barak Obamaya məktub göndərərək, erməni lobbisinin uydurma "soyqırımı" iddiaları ilə bağlı rəsmi Vaşinqtona təzyiqinin güclənməsindən narahatlıq ifadə ediblər. Xəbəri AzərTAc agentliyi yayıb.

Məktubda deyilir: "Biz, son günlər erməni lobbisinin Osmanlı imperiyası dövründə baş vermiş hadisələrin "soyqırımı" kimi qələmə verilməsi üçün Sizin administrasiyanıza təzyiqi artırdığını aydın şəkildə görməkdəyik. I Dünya müharibəsi illərində cərəyan etmiş bu hadisələrin tarixçilərin rəyi olmadan və Cənub-Şərqi Avropa, Qafqazlar, Yaxın Şərqdəki vəziyyətə mənfi təsirini nəzərə almadan birtərəfli şəkildə yozulması ədalətsizlikdir və düzgün deyildir".

Daha sonra qeyd olunur ki, ermənilərin özlərini "passiv qurbanlar" elan etməsi və tarixi faktlara məhəl qoymadan irəli sürdükləri iddialar o dövrü tədqiq edən alimlər tərəfindən heç bir zaman qəbul edilməmişdir. Osmanlı imperiyasında və Yaxın Şərqin bir çox nüfuzlu tarixçisinin təqdim etdiyi sənədlər və faktlar ermənilərin iddialarının uydurma olduğunu ortaya qoymaqdadır.
Ermənilər həmin illərdə vətəndaşı olduğu Osmanlı dövlətinə qarşı üsyan qaldırmış və müsəlman əhalinin Şərqi Anadolu torpaqlarından təmizlənməsi üçün qətliamlar törətmişlər. Türkiyə bu hadisələrin araşdrılması üçün tarixçilərdən ibarət beynəlxalq komissiya yaradılması və bütün arxivlərin açılması ilə bağlı dəfələrlə ən yüksək səviyyədə təkilf səsləndirmiş, müvafiq addımlar atmışdır. Ermənistan bu təkilfi qəbul etməli və öz arxivlərini tarixçilərə açmalıdır. Qarşı tərəfin bu addımı həqiqətin üzə çıxarılmasına şərait yaradar, habelə üçüncü tərəflərin qondarma "soyqırımı" iddialarını bir siyasi alət kimi istifadə etməsinin qarşısını alar.

Xəbər lenti

Xəbər lenti