...

İsrail Livan ərazisindən atəşə məruz qalıb

Dünya xəbərləri Materials 21 Fevral 2009 11:20 (UTC +04:00)

Livanın cənubundan İsrail istiqamətində atılan mərminin partlaması nəticəsində bir israilli xəsarət alıb. Bu barədə Əl-Cəzirə saytı məlumat verib.

Hadisə barədə hələ ki, ətraflı məlumat verilmir.

Bu, Livan tərəfindən İsrail ərazisinə açılan artıq üçüncü atəşdir. Qəzzə Zolağında aparılan "Ərimiş qurğuşun" hərbi əməliyyatları dövründə Livan ərazisindən İsrailin şimalına ən azı on raket atılıb.

Xəbər lenti

Xəbər lenti