Türkiyənin Hatay bölgəsinə səfər edən Türkiyənin Baş Naziri Rəcəb Tayyip Erdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 29 mart bələdiyyə seçkiləri ilə əlaqədar keçirdiyi minitqdə ölkədə bütün millətlərin eyni hüquqa malik olduğunu bildirib. Bu haqda TRT2 kanalı məlumat verib.
"Türkiyədə, ermənilər, gürculər, kurdlər, lazlar və digərləri eyni hüqüqa malikdir"-deyə Erdoğan bildirib.
29 martda Türkiyədə bələdiyyə şeçkilərinə start veriləcək. Seçkilərdə mübarizə əsasən hazırki hakim AKP, və müxalifətdə olan CHP (Cumhuriyyet Halk Partiyası), və MHP ( Milliyətçı Hərəkat Partiyası) arasında gedir.