...

Gürcüstanın müxalifət partiyaları Burcanadzenin partiyasının fəallarının tutulmasını pisləyiblər

Dünya xəbərləri Materials 24 Mart 2009 11:25 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın parlamentdə təmsil olunmayan müxalifət partiyaları Nino Burcanadzenin partiyasının doqquz fəalının saxlanılması faktını hakimiyyət tərəfindən müxalifətə qarşı hədə kimi dəyərləndirərək, aprelin 9-na planlaşdırılmış aksiyaların konstitusiyaya uyğunluğu barədə şübhələr yaratmaq məqsədi güddüyünü bildiriblər.
"Tam məsuliyyətlə deyirik ki, hakimiyyətin bu addımları təxribatdır və müxalifəti qorxutmaq, aprelin 9-na planlaşdırılmış aksiyaların konstitusiyaya uyğunluğu barədə şübhələr yaratmaq məqsədi güdür. Hakimiyyətə xəbərdarlıq edirik ki, təxribat xarakterli əməllərinə son qoysunlar, gəncləri və digər siyasi dustaqları azad etsinlər", - birgə bəyanatda deyilir.
Bəyanatı dünən Gürcüstanın Xalq Müdafiəçisi ofisində toplaşan müxalifət nümayəndələri imzalayıblar.
"Bir siyasi təşkilatın bir neçə üzvü eyni zamanda tutulursa, bu o deməkdir ki, siyasi təzyiq maşını işə düşüb. Biz hüquq mühafizə orqanlarından konkret açıqlamalar gözləyib sonra lazımi münasibət bildirəcəyik", - "Gürcüstan Naminə Alyans"ın lideri İrakli Alasaniya jurnalistlərə bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti