...

Ukrayna İran və Ermənistan arasında dəmir yolu tikintisində iştirak etməkdə maraqlıdır

Dünya xəbərləri Materials 27 Mart 2009 17:32 (UTC +04:00)

"Ukrayna İran və Ermənistan arasında dəmir yolu tikintisində iştirak etməkdə maraqlıdır", - cümə günü jurnalistlərə Ermənistanda olan Ukraynanın nəqliyyat və rabitə nazirinin müavini İqor Urbanski deyib,  РИА Новости xəbər verir.

"Ukrayna bu nəqliyyat layihəsinin realizəsində maraqlıdır, çünki bu İran körfəzinə daha bir addım yaxınlaşmaq imkanı verəcək", - Urbanski bildirib.

Ermənistanın nəqliyyat naziri Qurgen Sarkisyanın sözlərinə görə, onun ölkəsi bu layihədə maraqlı olan bütün ölkələrin, həmçinin də Ukraynanın iştirakına hazırdır.

"Ancaq hələ ki həm Ermənistan, həm də İran bu layihənin həm iqtisadi səməliliyini, həm də texniki bazasını müzakirə edir", - Sarkisyan deyib.

Xəbər lenti

Xəbər lenti