...

Türkiyə və Ermənistan aprelin sonunadək münasibətləri bərpa edəcək - Wall Street Journal

Dünya xəbərləri Materials 2 Aprel 2009 10:59 (UTC +04:00)
Türkiyə və Ermənistan aprelin sonunadək münasibətləri bərpa edəcək - Wall Street Journal

Türkiyə və Ermənistan artıq aprelin 16-da sərhədləri aça və diplomatik münasibətləri bərpa edə bilər. Tərəflərin rəsmi nümayəndələri hələ ki, bu informasiya haqda şərh vermirlər.
Wall Street Journal-ın Brüsseldəki diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, artıq aprelin 16-da Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpası və sərhədlərin açılması barədə saziş imzalana bilər.
Diplomatların sözlərinə görə, sazişə sərhədlərin açılması, diplomatik münasibətlərin bərpası və o cümlədən, kifayət qədər həssas olduğundan qəzet mənbələrinin açıqlamaq istəmədikləri və ikitərəfli münasibətlər üçün olduqca mühüm əhəmiyyət kəsb edən məsələlər daxil olacaq.
Tərəflərin rəsmi nümayəndələri hansısa şərh verməkdən hələ ki, çəkinirlər. Lakin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bazar günü bu mövzu ilə bağlı bəyanatla çıxış edə bilər.
Gələn həftə ABŞ prezidenti Barak Obama Ankaraya səfər edəcək. Dövlət Departamentinin Qafqazdakı xüsusi nümayəndəsi Metyu Brayza da artıq cümə axşamı Türkiyədə olacaq.

Wall Street Journal qeyd edir ki, saziş Qafqazda gərginliyin səngiməsinə gətirib çıxara və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səbəb ola bilər. Bu həm də Türkiyənin regionda nüfuzunun güclənməsini ifadə edə bilər.

Xəbər lenti

Xəbər lenti