...

Qırğızıstan milisi parlamentin deputatı Sanjarbek Kadıraliyevin qətlinin üstünü açıb

Dünya xəbərləri Materials 21 Aprel 2009 14:51 (UTC +04:00)
Qırğızıstan milisi parlamentin deputatı Sanjarbek Kadıraliyevin qətlinin üstünü açıb

Qırğızıstan millisi parlamentin deputatı Sanjarbek Kadıraliyevin qətlinin üstünü açıb. Bu haqda "24.kg" İA-ya QR Daxili İşlər Nazirliyindəki mənbələri məlumat verib.

Dünya əməliyyatçıları parlamentarinin qətlində şübhəli bilinən şəxsi həbs edib. 1977-ci il təvvəllüdlü İ.Altınbek (soyadı tədqiqat sirri olaraq açıqlanmır) Oş şəhərinin sakinidir. Heç bir yerdə işləmir, əvvəllər Sanjarbek Kadıraliyevin yaxınlarından biri olub. Bir qədər sonra onların yolları ayrılıb.

QR hüquq-mühafizə orqanında qeyd olunur ki, "hazırda dindirilmələr gedir və saxlanılan şəxsin ilk ifadələri var ki, bu da qətlin şəklini cızmağa imkan verir". İstintaq tədbirlərinin aparılması səbəbindən QR DİN-dən əlavə şərh verməkdən çəkiniblər.

"24.kg" İA DİN başçısının birinci müavini Sadırbek Kurmanaliyevdən hakim partiya "Ak Jol"un deputatı Sanjarbek Kadıraliyevin qətlinin üstünün açılmasına şərh verməyi xahiş etsə də, o, istintaq qrupunun işi davam etdiyini əsas gətirərək bundan imtina edib.

Hər halda, Kurmanaliyev deputatın qətlinin üstünün açılması faktını təkzib etməyib.

Sanjarbek Kadıraliyev 2009-cu il aprelin 14-də, Bişkekin mərkəzindəki evinin qarşısında qətlə yetirilib.

Xəbər lenti

Xəbər lenti