"Türkiyə Parlamentinin (Türkiyə Böyük Millət Məclisi) spikeri Köksal Toptan çərşənbə axşamı Norveçə səfər edib", - "Turkish Weekly" jurnalı xəbər verib.
Toptan norveçli həmkarı Torbyorn Yaqland, Parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Olav Akselsen və xarici işlər naziri Yonas Qaxr Storkla görüşəcək.
Toptanın başçılıq etdiyi nümayəndə heyətini Norveç Kralı V Harald da qəbul edəcək.
Parlamentin spikeri Türkiyəyə mayın 7-də qayıdacaq.