...

Daha bir müxalifət namizədinin irəli sürülməsi seçkilər zamanı Bakiyevin qələbə şanslarını artıracaq

Dünya xəbərləri Materials 7 May 2009 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir V.Javoronkova, Е.Оstapenko /

Temir Sariyevin qismində Qırğızıstan prezidentliyinə daha bir müxalifət namizədinin irəli sürülməsi, iyuldakı seçkilər zamanı hazırkı prezident Kurmanbek Bakiyevin qələbə şanslarını artıracaq.

"Sariyevin namizədlər siyahısında peyda olması müxalifətin Kurmanbek Bakiyev və onun ətrafının hakimiyyətdən salınması planlarını tamamilə poza bilər", - Trend -a elektron poçtla Mərkəzi Asiya üzrə avropalı ekspert Yuri Fyodorov deyib.

Qırğızıstanın "Аk-Şumkar" müxalifət partiyası, mayın 4-də baş tutmuş qurultayında öz lideri Termi Sariyevi iyulun 23-də baş tutacaq prezident seçkilərində namizədi kimi irəli sürüb, Ferqana.ru informasiya agentliyi xəbər verir.

Sariyevin adının irəli sürülməsinə qədər müxalifəti seçkilərdə cəmi bir namizəd - sabiq Baş nazir Almazbek Atambayevin təmsil edəcəyi planlaşdırılırdı. Onun namizədliyi ötən il dekabrın 24-də demək olar ki, bütün müxalif partiyaların birləşdiyi "Vahid Qırğızıstan Hərəkatı"nın (VQH) aprelin 25-də keçirilən qurultayında irəli sürülüb.

Almazbek Atambayev və Temir Sariyev hələ MSK-ya sənəd verməyib.

Hazırda Mərkəzi Seçki Komissiyası prezident postuna namizədliyini irəli sürmüş səkkiz nəfərin sənədlərini nəzərdən keçirir. Bunlar hazırkı dövlət başçısı Kurmanbek Bakiyev, sabiq müdafiə naziri İsmail İsakov, məşhur narkoloq-həkim Jenişbek Nazaraliyev, Kuttubek Asılbekov, Akbaralı Aytikeyev, "kömür kralı" Nurlan Motuyev, Murat Borombayev və Almaz Parmanovdur.

Ekspertlərin fikrincə, ölkə müxalifətinin yalnız bir namizədlə çıxış edəcəyi halda qələbə qazanmaq şansı daha çox olardı.

"Əlbəttə, müxalifət vahid blokla çıxış etsəydi daha yaxşı olardı", - Trend -a Bişkekdən telefonla müstəqil qırğız ekspert Orozbek Moldaliyev deyib.

Əhalinin bir hissəsi hazırkı prezidentdən narazıdır. Ölkə müxalifəti Bakiyevə könüllü istefa verməyi və vaxtından əvvəl seçkilər keçirməyi təklif edib, hətta kütləvi etiraz aksiyaları da keçirib.

VQH öz tələblərini belə əsaslandırır ki, guya Bakiyev respublika vətəndaşlarının hüquq və azadlıqlarının qarantı ola bilməyib və məhz onun rəhbərliyi altında ölkə çətin iqtisadi duruma düşüb.

Ancaq daha bir müxalif namizədin irəli sürülməsi hazırkı dövlət başçısının mövqeyini daha da möhkəmləndirib.

"Sariyevin namizədliyi şübhəsiz ki, Bakiyevin maraqlarına cavab verir", - Chatham House London kral instutunun beynəlxalq münasibətlərin öyrənilməsi üzrə elmi işçisi Fyodorov bildirib.

Onun fikrincə, müxalifətin yeganə şansı, yetərincə çox olacaq etiraz səslərini vahid müxalif namizədə cəlb etməkdir. İkinci namizəd isə elektoratın bir hissəsini özünə çəkməklə Bakiyevin şanslarını möhkəmləndirəcək.

"Müxalifətdən ikinci, nisbətən nüfuzlu namizədin ortaya çıxması, müxalifətin vahid namizədi olacağı gözlənilən Almazbek Atambayevin tərəfdarlarının səslərinin bir hissəsini ona çəkəcək", - Fyodorov hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti