Üç din ardıcıllarının ibadət yeri olan Qüds problemi əvvəlki kimi müsəlman və xristianların diqqət mərkəzində qalmaqdadır. Bu barədə İordaniya Kralı II Abdulla Əmmana ilk səfərinə gələn Roma papası XVI Benedikt ilə görüşdə bildirib. Xəbəri "əl-Ürdüniyyə" İordaniya Krallıq Televiziyası yayıb.
"Qüds problemi müsəlman və xristianlar arasında sülh danışıqları yolu ilə həll olunmalıdır. Biz bu problemi birgə həll etməli və Fələstin xalqına işğaldan azad olmaqda köməklik göstərməliyik", - deyə o bildirib.
Kral Abdulla əlavə edib ki, İordaniya müsəlmanlar ilə xristianlar arasında dinlərarası dialoqu dəstəkləyir və iki dinlə bağlı problemlərin həlli üçün xüsusi dini mərkəzlər yaradır.
İordaniya, pontifikin 8-11 may tarixlərində səfər etdiyi ilk müsəlman ölkəsi olacaq
XVI Benedikt Əmmandan İsrailə yollanacaq.