"Avropalı Jurnalistlər Assosiasiyasının icraiyyə komitəsinin üzvləri mayın 11-də iqtisadiyyat sahəsində Türkiyəli Jurnalistlər Assosiasiyasının dəvəti ilə Türkiyəyə gələcək", - "The Journal of Turkish Weekly" türk jurnalı xəbər verib.
Səfər üç gün çəkəcək.
Avropa komitəsinin üzvləri Almaniya, Böyük Britaniya, Ermənistan, Yunanıstan da daxil olmaqla 20 fərqli ölkədən 25 jurnalistdir.
Səfər Ankarada assosiasiya başçısı ilə Türkiyənin dövlət naziri Egemen Baxış arasında mayın 13-dəki görüşlə başa çatacaq.
Bu assosiasiya 1961-ci ildə altı Avropa ölkəsi tərəfindən yaradılıb. Məqsəd Avropa və dünya jurnalistikasında demokratik ideyaların realizəsidir.