...

Qərb Sahilində yenidən FƏTH və HƏMAS arasında toqquşma baş verib, ölənlər var

Dünya xəbərləri Materials 5 İyun 2009 15:32 (UTC +04:00)

HƏMAS-ın üç üzvü və polis əməkdaşı cümə axşamı Qərb Sahilinin şimalında atışma zamanı həlak olub, "Əl-Ərəbiyə" saytı məlumat verib.

Bu FƏTH və HƏMAS arasında artıq bu həftə ərzində ikinci hərbi toqquşmadır.

Atışma Qalqiya şəhərində Fələstin polisi və HƏMAS-ın silahlanmış üzvləri arasında baş verib, rəsmi mənbələr məlumat verib.

Silahlı şəxslərin gizləndiyi ev HƏMAS üzvlərinə məxsus olub. İsrail polisinin axtardığı Abu Diab, İyad Abitli və Məhəmməd Attiya binanın içərisində olublar.

Bazar günü Prezident Mahmud Abbasın tərəfdarları və HƏMAS arasında baş vermiş toqquşma nəticəsində 6 nəfər ölüb.

HƏMAS baş vermiş hadisədə Abbasın tərəfdarlarını ittiham edib.

Xəbər lenti

Xəbər lenti