...

Ankara İraq kürdlərinin Türkiyəyə birləşdirilməsi təklifini tənqid edir

Dünya xəbərləri Materials 11 İyul 2009 14:01 (UTC +04:00)

Ankara bu yaxınlarda İraq kürdlərinin Türkiyəyə birləşdirilməsi təklif olunmuş  məruzəni, ölkə sərhədlərinin müzakirə mövzusu olmadığını qeyd edərək rədd edib. Bunu Türkiyənin "Hüriyyət" qəzeti yazır.

"Türkiyənin sərhədləri müəyyən edilib. Buna görə də bu məsələni müzakirə etmək düzgün deyil", - Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Burak Özügergin cümə günü İraq ərazisinin bütövlüyünün vacibliyini qeyd edərkən deyib. Bu barədə Türkiyənin "Anadolu" Agentliyi məlumat verib.

Beynəlxalq böhran qrupu (İCG), Brüsseldəki Amerika elmi mərkəzi İraq kürdlərinə həsr olunmuş məruzə dərc edib. Məruzədə deyilir ki, kürd liderləri 2007-ci ildən açıq şəkildə Türkiyəylə ittifaqın lazım olduğunu deyirlər.

Məruzədə həm də qeyd olunur ki, anonim kürd rəsmi mənbəsi "kürdlərin müstəqillik hüququ var, lakin əgər bu alınmasa, biz İraqdansa Türkiyəylə olmağı üstün tuturuq" deyib.  

Kürd regional administrasiyası liderinin köməkçisi Məsud Bərzani Fuad Hüseyn deyib ki, "əgər şiələr İranı, sünnilər İraqı üstün tuturlarsa, kürdlər də özlərinə Türkiyəni seçirlər", - məruzədə deyilir.

Türkiyə parlamenti spikerinin sözlərinə görə, "bu, Yaxın Şərqdəki dəyişikliklər barədə siqnal deyil, yalnız kürdlərin iddiasıdır", - CNN Türk televiziyası bildirib.

O əlavə edib ki, Türkiyə region ölkələrinə dəstəyini həmişəki səviyyədə davam etdirir.  

Xəbər lenti

Xəbər lenti