...

İranlı tələbələr Almaniyanın Tehrandakı səfirliyi qarşısında mitinq keçiriblər

Dünya xəbərləri Materials 11 İyul 2009 13:42 (UTC +04:00)
İranlı tələbələr Almaniyanın Tehrandakı səfirliyi qarşısında mitinq keçiriblər

İranlı tələbələr Almaniyada yaşayan hicab geyinən misirli Mərvə Şirinin qətlə yetirilməsi ilə bağlı bu ölkənin Tehrandakı səfirli qarşısında etiraz mitinqi keçiriblər. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

Misirli qadın Almaniya məhkəməsində 4 yaşlı uşağının gözü qrşısında və 3 aylıq hamilə olduğu halda 18 yerindən bıçaq yarası ilə qətlə yetirilib. Onu qorumağa çalışan həyat yoldaşı isə polislər tərəfindən açılan atəş nəticəsində 3 yerindən yaralanıb. Polislər bunun təsadüf olduğunu bildiriblər.

Mitinq iştirakçıları "İrqi ayrıseçkilik salanlara ölüm", "Almaniya irqçilərinə ölüm" şüarları səsləndiriblər.

Xəbər lenti

Xəbər lenti