...

BMT İraqı Küveytə kompensasiya ödəməkdən azad edib

Dünya xəbərləri Materials 30 İyul 2009 19:06 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatı İraq hökumətini Küveytə 430 milyonluq hərbi kompensasiyanı ödəməkdən azad edib. Bu barədə AFP agentliyi məlumat verib.
BMT İraqı Küveytə kompensasiya ödəməkdən azad edib

Birləşmiş Millətlər Təşkilatı İraq hökumətini Küveytə 430 milyonluq hərbi kompensasiyanı ödəməkdən azad edib. Bu barədə AFP agentliyi məlumat verib.

İraqın ərəb qonşusuna pul ödəməsinin ümumi miqdarı özəl şəxslərin, şirkətlərin, hökumət və beynəlxalq təşkilatların distribütorluğu daxil olmaqla 27 milyard dollardır.

İraq hökuməti qalan 25 milyard dolların ödənilməsinə maliyyə çətinliyinin olduğunu bildirib. Küveytin kompensasiyası neft və qaz gəlirlərindən maliyyələşir.

Bazar ertəsi BMT-nin baş katibi Pan Gi Mun İraq hökumətinə Kuveytə dəyən ziyanın əvəzini vermək barədə mübahisəni həll etmək üçün kompensasiyanı investisiyaya çevirməyi məsləhət görüb və BMT Təhlükəsizlik Şurasını kompensasiyanın ödənilməsində Bağdada kömək etməyə çağırıb.

Küveyt kompensasiyanın tam ölçüdə ödənilməsində, o cümlədən əmlakın qaytarılmasında, sərhədin təyin edilməsində və hərbi əsirlərin meyitlərinin vətənə qaytarılmasında israr edir.

Xəbər lenti

Xəbər lenti