...

İran Hərbi Hava Qüvvələri yeni qırıcı təlim təyyarələri istehsal edib

Dünya xəbərləri Materials 5 Avqust 2009 14:57 (UTC +04:00)

İran Hərbi Hava Qüvvələri (HHQ) komandiri general Həsən Şahsəfi bildirib ki, İran Müdafiə Nazirliyi ilə birlikdə yeni "Kövsər" adlı qırıcı təyyarə istehsal olunub. Bu barədə Trend İranın Fars xəbər agentliyinə istinadən xəbər verir.

Şahsəfi İrana qarşı düşmənlər tərəfindən ssləndirilən hədələrə toxunaraq bildirib ki, hədələr həmişə olub və İranın Hərbi Hava Qüvvələri ölkənin bütün hərbi qüvvələri kimi ehtimal olunan hədələrlə mübarizə aparmağa tam hazırdır. "Biz düşmənin bütün hərəkətlərini nəzarətdə saxlayırıq", - deyə Şahsəfi bildirib.

Şahsəfi bildirib ki, HHQ-də təchizat məsələləri həmişə diqqət mərkəzində olub və bütün təchizatın daxildə istehsalına səy göstərilib. O əlavə edib ki, İran Hərbi Hava Qüvvələri son illər təyyarələrin uzaq məsafəli uçuşlar həyata keçirməsi üçün çalışıb və bu gün buna nail olunub. "Təyyarələrimiz 3800 kilometr məsafəni qət edə bilir", - deyə Şahsəfi bildirib.

Şahsəfi yeni qırıcı təlim təyyarəsi haqda geniş məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti