...

Əhmədinejad yeni nazirlərin siyahısını təsdiqlənməsi üçün parlamentə təqdim edəcək

Dünya xəbərləri Materials 18 Avqust 2009 15:43 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad ikinci prezidentlik dövrünün başlanması ilə, nazirliklərə yeni namizədlərini parlamentə təqdim edəcək. Fars agentliyinin avqustun 18-də verdiyi məlumata əsasən, parlament çərşənbə günü Əhmədinejadın nazirliklərə nəzərdə tutduğu namizədlərin səlahiyyətini müzakirə edəcək.
Əhmədinejad yeni nazirlərin siyahısını təsdiqlənməsi üçün parlamentə təqdim edəcək

İran Prezidenti Mahmud Əhmədinejad ikinci prezidentlik dövrünün başlanması ilə, nazirliklərə yeni namizədlərini parlamentə təqdim edəcək. Fars agentliyinin avqustun 18-də verdiyi məlumata əsasən, parlament çərşənbə günü Əhmədinejadın nazirliklərə nəzərdə tutduğu namizədlərin səlahiyyətini müzakirə edəcək.

Trend -un arayışı: İran Prezidenti bazar ertəsi İRİB telekanalı ilə canlı yayımlanan çıxışında nazirliklərə nəzərdə tutduğu altı namizədin adını açıqlayıb. Prezident Səhiyyə və İctimai Rifah nazirliklərinə qadın rəhbərlər təyin edəcəyini bildirib. O, Fatimə Acurlunu ictimai rifah, Mərziyə Vəhid Dəstgerdini isə səhiyyə naziri kimi nəzərdə tutduğunu bildirib.

Əhmədinejad nazir vəzifəsinə daha bir qadını da təyin edəcəyini açıqlayıb, lakin bu barədə ətraflı məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti