İran Tehranda keçirilən "Müqəddəs müdafiə həftəsi" adlı hərbi paradda ballistik raketin yeni növü "Secil-2" raketini nümayiş etdirib.
"Secil" "Şahab - 3" və "Qədr" raketlərindən sonra ən güclü raketdir, FARS agentliyi xəbər verir. "Secil" İranda kütləvi şəkildə istehsal olunmağa başlayıb.
"Secil" raketləri ötən il sınaqdan keçirilib. "Şahab-3" və "Qədr" raketlərindən fərqli olarq bu raket bərk yanacaq ilə işləyir. Eyni zamanda daşına biləndir və 2000 km-dəki hədəfi vura bilir.
Hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə həftəsi" kimi qeyd olunur. Bununla əlaqədar Tehranda və digər şəhərlərdə hərbi texnikanın nümayişi ilə hərbi paradlar keçirilir.
İran-İraq müharibəsi 1980-ci ilin sentyabrın 22-də İraqın İranın Xuzestan əyalətinə hücumu nəticəsində baş verib. Müharibə 1988-ci ilin avqust ayındamüharibədən əvvəlki vəziyyəti bərpa edən sülh aktının imzalanması ilə başa çatıb.