Türkiyə Prezidenti Abdullah Gül Fransaya səfəri öncəsi keçirdiyi mətbuat konfransında Qafqazda dondurulmuş bütün münaqişələrin öz həllini tapacağını bildirib. Bu barədə Türkiyənin CNN Türk telakanalı məlumat verib.
"Qafqazdakı bütün problemlər öz həllini tapacaq", - Gül deyib. Türkiyə Prezidenti onu da qeyd edib ki, regiondakı problemlərin həll oluması üçün ABŞ və Rusiya da aktiv fəaliyyət göstərməkdədirlər.