...

Ankarada "donuz qripi" virusu aşkarlanan məktəbdə dərslər təxirə salınıb

Dünya xəbərləri Materials 14 Oktyabr 2009 13:19 (UTC +04:00)
Ankarada "donuz qripi" virusu aşkarlanan məktəbdə dərslər bir həftə təxirə salınıb. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
Ankarada "donuz qripi" virusu aşkarlanan məktəbdə dərslər təxirə salınıb

Ankarada "donuz qripi" virusu aşkarlanan məktəbdə dərslər bir həftə təxirə salınıb. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.

Ankarada ibtidai məktəbdə üç nəfər şagirddə "donuz qripi" virusu aşkar edilib. Telekanalın verdiyi məlumata görə, ilk olaraq "donuz qripi" xarici ölkədən səfərdən qayıdan məktəblidə aşkar edilib. Daha sonra isə məktəbin şagirdlərində aparılan müayinə zamanı daha iki uşaqda da virus aşkar edilib.

TREND NEWS-un arayışı: Türkiyənin İstanbul Tibb Universitetinin "Qrip araşdırma mərkəzi"nin direktorunun verdiyi açıqlamaya görə, Türkiyədə bu vaxta qədər 504 tələbədə "donuz qripi" virusu aşkarlanıb. "Qrip araşdırma mərkəzi"nin professoru Selim Badurun verdiyi açıqlamaya görə, bu vaxta qədər mərkəzdə 2665 tələbə müayinə olunub. Badur onu da qeyd edib ki, tələblər arasında "donuz qripi"nin yayılması əhali arasında təşvişə səbəb olub, lakin qripin yayılmaması üçün profilaktik təbdirlər görülməkdədir.

Xəbər lenti

Xəbər lenti