...

İran Xarici İşlər Nazirliyinə yeni sözçü təyin edilib

Dünya xəbərləri Materials 10 Noyabr 2009 13:23 (UTC +04:00)
Ramin Mehmanpərəst İran Xarici İşlər Nazirliyinin sözçüsü təyin edilib.
İran Xarici İşlər Nazirliyinə yeni sözçü təyin edilib

Ramin Mehmanpərəst İran Xarici İşlər Nazirliyinin sözçüsü təyin edilib. Bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb. Noyabrın 10-da İranın xarici işlər naziri Mənuçöhr Müttəki yeni sözçünü jurnalistlərə təqdim edib.

Bundan əvvəlki sözçü Həsən Qəşqavi oktyabrın 11-dən İran xarici işlər nazirinin xaricdə yaşayan iranlılarla iş və konsulluq məsələləri üzrə müavini vəzifəsinə təyin olunub.

Mehmanpərəst İranın Tayland və Qazaxıstanda səfiri olub. O, həmçinin Xarici İşlər Nazirliyinin mədəniyyət məsələləri üzrə əlaqələndirici idarəsinin rəhbəri və nazirliyin mətbuatla iş üzrə idarəsinin rəhbəri vəzifəsində çalışıb.

Müttəki nazirliyin yeni sözçüsünün ölkə mediası ilə səmimi əməkdaşlıq edəcəyinə əmin olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti