...

Türkiyə İspaniyanın Aİ-də prezidentliyinə nikbin baxır

Dünya xəbərləri Materials 16 Noyabr 2009 11:07 (UTC +04:00)
Türkiyə İspaniyanın Aİ-də növbəti ilin birinci yarısında başlayacaq prezidentliyinə nikbin baxır, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar günü ispaniyalı həmkarı Migel Anxel Moratinos ilə Kordovada görüşündən sonra mətbuat konfransında bildirib.
Türkiyə İspaniyanın Aİ-də prezidentliyinə nikbin baxır

Azərbaycan, Bakı, 16 noyabr / Trend , müxbir A.Axundov/

Türkiyə İspaniyanın Aİ-də növbəti ilin birinci yarısında başlayacaq prezidentliyinə nikbin baxır, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar günü ispaniyalı həmkarı Migel Anxel Moratinos ilə Kordovada görüşündən sonra mətbuat konfransında bildirib.

Onun sözlərinə əsasən, iki ölkənin nümayəndə heyətinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə ikitərəfli münasibətlər, Türkiyənin Aİ ilə münasibətləri, reginonal və qlobal məsələlər müzakirə olunub.

"Türkiyə və İspaniya arasındakı münasibətlər strateji xarekter daşıyır. Təkcə siyasi münasibətlər deyil, eyni zamanda iqtisadi və mədəni sahədəki əməkdaşlıq da yüksək səviyyədədir", - Davudoğlu bildirib.

Moratinos da öz növbəsində bildirib ki, Aİ-də prezidentliyi zamanı İspaniya Türkiyənin Ai-yə daxil olması prosesinə dəstəyini gücləndirəcək.

Xəbər lenti

Xəbər lenti