...

İranın sənaye və mədənlər naziri Avstriyaya səfər edib

Dünya xəbərləri Materials 7 Dekabr 2009 16:17 (UTC +04:00)

İranın sənaye və mədənlər naziri Əli Əkbər Mehrabiyan Avstriyanın paytaxtı Vyanaya səfər edib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı İRIBNEWS-a istinadən məlumat yayıb.

Məlumata əsasən, Mehrabiyan Vyanaya BMT-nin Sənayenin İnkişafı Təşkilatının (United Nations Industrial Development Organization - UNIDO)13-cü konfransında iştirak edəcək və konfransda çıxış edəcək.

Mehrabiyan səfər zamanı UNIDO-nun baş direktoru Kande Yumkella (Kandeh K.Yumkella) və bir neçə iştirakçı ölkələrin sənaye nazirləri ilə görüş keçirəcək.

BMT-nin Sənayenin İnkişafı Təşkilatının 13-cü konfransı dekabrın 7-dən 10-dək Vyanada keçiriləcək.


Xəbər lenti

Xəbər lenti