İsrailin Türkiyədəki səfiri Qabi Levi (Gaby Levy) Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumatı Türkiyənin CNN Türk telekanalı yayıb.
Telekanalın məlumatına görə, İsrailin Türkiyədəki səfiri Levi XİN-ə, dünən İsrailin xarici işlər nazirinin köməkçisi Denni Ayalonun (Danny Ayalon) Türkiyənin İsraildəki səfiri Oğuz Çelikkolu nazirliyə dəvət etməsi və Türkiyə telekanallarında yayımlanan "Kurtlar vadisi" teleserialına etirazını bildirməsindən sonra çağırılıb.
Ayalon Türkiyə səfirini qəbul edən zaman onun qarşısında daha hündür stulda əyləşib.
Görüş zamanı otaqda sadəcə İsrail bayrağı olub. Türkiyə XİN-in mətbuat xidmətindən verilən məlumata görə, İsrail səfirinə hadisə ilə bağlı etiraz bildiriləcək.