İranın Rabitə nazirliyinin kənd nümayəndəliklərinin işçilərindən bir qrup şəxs bu gün səhər ölkə parlamentinin qarşısına toplanıb. Bu barədə İLNA xəbər agentliyi məlumat verib.
Mitinq iştirakçıları iş qanunun rabitə nazirliyinin kənd nümayəndəliklərində də icra olunmasını istəyiblər. Onlar özlərinin iş saatı, aylıq məvacibləri və sığortalanmalarının qanuna uyğun icra olunmasını tələb ediblər