...

İsrail beynəlxalq hüququ pozub – Türkiyə Prezidenti

Dünya xəbərləri Materials 31 May 2010 15:54 (UTC +04:00)
İsrailin Qəzza sektoruna yardım daşıyan beynəlxalq humanitar donanmaya qarşı hərəkətləri beynəlxalq hüququn pozulmasıdır və günahkarlar mütləq cəzalarını almalıdırlar.
İsrail beynəlxalq hüququ pozub – Türkiyə Prezidenti

İsrailin Qəzza sektoruna yardım daşıyan beynəlxalq humanitar donanmaya qarşı hərəkətləri beynəlxalq hüququn pozulmasıdır və günahkarlar mütləq cəzalarını almalıdırlar. Bunu Türkiyə Prezidenti Abdullah Gül bazar ertəsi deyib. Məlumatı CNN Turk telekanalı yayıb.

"Qəzza sektorunun mühasirəsi gec-tez aradan qaldırılacaq, lakin İsrail öz hərəkələri ilə imicinə ciddi xələl gətirdi", - Türkiyə Prezidenti bəyan edib və vətəndaşları sakitliyi qoruyub saxlamağa çağırıb.

Telekanal Türkiyənin öz səfirini Təl-Əvivdən geri çağırdığını bildirib. Xəbər verilir ki, türk gəmilərinin göyərtəsində Türkiyə Böyük Millət Məclisinin deputatları da olub.

"Azadlıq donanması"nın göyərtəsində həlak olan 19 nəfərdən əksəriyyəti Türkiyə vətəndaşıdır, daha 30 türk vətəndaşı yaralanıb.

"Azadlıq donanması"nın tərkibinə altı gəmi daxildir. Gəmilərin göyərtlərində Avropa və ərəb ölkələrindən olan təxminən 600 hüquq müdafiəçisi, eləcə də onlarla deputat olub. Aksiya İrlandiya, İsveç, Yunanıstan, Türkiyə, Əlcəzair və Küveytin hüquq müdafiəçiləri tərəfindən təşkil edilib. Onlar Qəzza sektoruna 10 min ton humanitar yardım, eləcə də dərmanlar və tikinti materialları çatdırmaq niyyətində olublar.

İsrailin hərəkəti ərəb və İslam ölkələri, eləcə də Avropa dövlətləri tərəfindən kəskin tənqid olunub.

Xəbər lenti

Xəbər lenti