...

İran Parlamenti BAEA ilə əməkdaşlığın limitləşdirmə layihəsini müzakirə edir

Dünya xəbərləri Materials 10 İyun 2010 14:18 (UTC +04:00)
İran Parlamenti rəsmi Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığına limitqoyulma layihəsini müzakirəyə çıxarıb.
İran Parlamenti BAEA ilə əməkdaşlığın limitləşdirmə layihəsini müzakirə edir

İran Parlamenti rəsmi Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığına limitqoyulma layihəsini müzakirəyə çıxarıb. Parlamentin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin vitse-prezidenti İsmayıl Kosəri Fars agentliyinə bildirib ki, bu layihə iyunun 13-də səsverməyə çıxarılacaq və təsdiq olunacağı təqdirdə, rəsmi Tehran dərhal BAEA ilə əməkdaşlığını məhdudlaşdıracaq.

İyunun 9-da BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiyalar tətbiq edib. 1929 saylı qətnamə çərçivəsində İranın nüvə proqramına qarşı sanksiyalar rəsmi Tehran tərəfindən sərt qarşılanıb. İran Prezidenti Mahmud Əhmədinejad BMT TŞ-nin İranın nüvə proqramına qarşı yeni sanksiyaları "bir parça dəyərsiz kağız" adlandırıb.

Xəbər lenti

Xəbər lenti