...

İran Fars körfəzindən və Hörmüz boğazından Qərbə təzyiq kimi istifadə edəcək – parlamentin nümayəndəsi

Dünya xəbərləri Materials 11 İyun 2010 14:53 (UTC +04:00)
İran BMT Təhlükəsizlik Şurasında yeni qətnamə layihəsinin qəbuluna cavab olaraq, Fars körfəzindən və Hörmüz boğazından Qərbə təzyiq kimi istifadə edəcək. Bu barədə İran Parlamenti yanında milli təhlükəsizlik və xarici siyasət komissiyasının vitse-prezidenti Hüseyn İbrahimi deyib. Xəbəri MEHR informasiya agentliyi yayıb.
İran Fars körfəzindən və Hörmüz boğazından Qərbə təzyiq kimi istifadə edəcək – parlamentin nümayəndəsi

İran BMT Təhlükəsizlik Şurasında yeni qətnamə layihəsinin qəbuluna cavab olaraq, Fars körfəzindən və Hörmüz boğazından Qərbə təzyiq kimi istifadə edəcək. Bu barədə İran Parlamenti yanında milli təhlükəsizlik və xarici siyasət komissiyasının vitse-prezidenti Hüseyn İbrahimi deyib. Xəbəri MEHR informasiya agentliyi yayıb.

O əlavə edib ki, yeni qətnamədə yazıldığı kimi, əgər hər bir İran gəmisinə baxış keçirilərsə, İran da Fars körfəzindən keçən Qərb ölkələrinin bütün gəmilərini saxlayacaq və onlarda axtarış aparacaq.

Hörmüz boğazı Fars körfəzini cənub-şərqdə Oman boğazı ilə birləşdirən strateji əhəmiyyətli boğazdır. Boğaz 195 kilometr uzunluğuna malikdir. Boğazın ən dar yerinin eni 54 kilometrdir. Boğaz hər birinin eni 2,5 kilometrə yaxın olan, bir-birindən 5 kilometrlik bufer zona ilə ayrılan iki nəqliyyat kanalına bölünüb. İndiyədək boğaz ərəb qazı və neftini üçüncü ölkəyə, o cümlədən, ABŞ-a ixracına imkan verən yeganə dəniz yoludur.

2006-cı ilin məlumatına görə, Hörmüz boğazı ilə dənizlə qlobal neft ixracının 33 faizi keçir. Əgər neft məhsullarını nəzərə alsaq, boğazın payına dənizlə qlobal neft ixracının 40 faizə yaxını və regionda hasil olunan bütün neftin 80 faizi düşür.

Xəbər lenti

Xəbər lenti